Prezident İlham Əliyev Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı: Rusiya hələ də cavab verməyib

Aktau hava limanı yaxınlığında "Azərbaycan Hava Yolları" QSC-yə məxsus "Embraer 190" sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya tərəfindən hələ də heç bir cavab təqdim olunmayıb.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə deyib.
"Təəssüf ki, hadisədən yeddi ay keçməsinə baxmayaraq, bu məsələ ilə bağlı Rusiya rəsmilərindən heç bir cavab almamışıq. Biz nə baş verdiyini bilirik və bunu sübut edə bilərik. Həmçinin əminik ki, Rusiya rəsmiləri də baş verənləri çox yaxşı bilirlər. Sual olunur - nə üçün onlar sadəcə hər hansı bir qonşunun edəcəyi addımı atmırlar?", - Prezident vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın tələbləri tamamilə təbiidir:.
"Bizim xahiş və tələblərimiz tamamilə məntiqlidir: qəzanı baş verməsində günahı etiraf etmək, təyyarəni vuran şəxsləri cəzalandırmaq, həlak olanların ailələrinə, zərərçəkənlərə və AZAL-a – itirilmiş təyyarəyə görə kompensasiya ödənilməsini təmin etmək", - Prezident İlham Əliyev bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranı ilə bağlı fiki...