Prezident: "Hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır"
"Son iki il ərzində, - antiterror əməliyyatından sonra, - 2023-cü ildən bu yana bütün bu bölgələrdə - Ağdərədə, Xocalıda, Xankəndidə, Xocavənddə həyat bərpa edilir".
BAKU.WS xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə bildirib.
Beş il bundan əvvəl vaxtilə işğal altında olmuş digər ərazilərə köçkünlərin qayıtmağa başladıqlarını vurğulayan dövlətimizin başçısı deyib ki, bu gün artıq 73 min insan - həm keçmiş köçkün, həm də ki, köçkün olmayan, amma azad edilmiş ərazilərdə işləyənlər, çalışanlar, oxuyanlar yerləşiblər və hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır.
Oxşar xəbərlər
Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Beynəlxalq Biznes Qrupunun və Tailandın ən böyük konqlomeratlarından biri olan BTS-in nümayəndə heyəti ilə görüşüb. BAKU...