Prezident: "Ermənistanda bu çirkin siyasət davam edərsə, peşman olacaqlar"
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan danışıqlar masası arxasında da səmimi deyil. Ona görə əgər Ermənistanda bu çirkin siyasət davam edərsə, onlar özləri peşman olacaqlar”.
BAKU.WS xəbər verir ki, bunu Türkiyənin NTV televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
“Mən bu döyüşlərin ilk saatlarından onlara və erməni xalqına müraciət edərək demişdim ki, bu torpaqlardan sülh yolu ilə çıxın, qan tökülməsin, insanlar həlak olmasın. Ancaq, təəssüf ki, Ermənistan buna əməl etmir. Bu gün döyüş meydanında Ermənistan ordusunun tam darmadağın olmasında əsas günahkar Ermənistanın hərbi-siyasi rəhbərliyidir", - Prezident vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - YENİLƏNİB - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın...