Prezident: "Əminəm ki, Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq"

"Əziz qardaşlarımın - Türkiyə prezidenti və Pakistan baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik dünya miqyasında artıq tamamilə yeni reallıqlar yaratdı. Bizim gücümüz birliyimizdədir".
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May - Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı səsləndirib.
"Bu gün üçtərəfli formatda birliyimizi bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bizim birliyimizi bir daha göstərəcək, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq", - deyə dövlətimizin başçısı qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovun səfəri ilə bağlı paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri çərçivəsində Bak...