Prezident: "Əlli ildən sonra biz XXII əsrin müharibəsinə də hazır olmalıyıq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Əlbəttə ki, hərbi sahədə müharibə bizim şanlı səhifəmizdir. Amma, eyni zamanda, təcrübədir. Ali Baş Komandan, bütün işlərə rəhbərlik edən şəxs kimi mən bilirəm ki, bizim zəif yerlərimiz də hardadır. Onları - o zəif yerləri biz hətta müharibə dövründə düzəltdik".
BAKU.WS xəbər verir ki, bu fikirləri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında söyləyib.
"Müharibə dövründə önəmli qərarlar qəbul edilmişdir. Bundan sonra, əlbəttə ki, bu təcrübə bizim üçün əsas olacaq, olmalıdır. Göstərişlər verildi ki, daha müasir ordu yaradaq. Çünki indi hərbi ekspertlər, beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıbdır.
Biz, yəqin ki, elə planlaşdırmalıyıq ki, bəlkə də, əlli ildən sonra biz XXII əsrin müharibəsinə də hazır olmalıyıq. Çünki güc hər şeyi həll edir. Əfsuslar olsun ki, bu, belədir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər", - prezident bildirib.
Oxşar xəbərlər
İlham Əliyevin YAP-ın qurultayında çıxışı - TAM MƏTN - YENİLƏNİB/FOTO
Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev...