Prezident Daxili Qoşunların hərbi qulluqçularını təltif edib - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncamı imzalayıb.
BAKU.WS xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
Sərəncamda bildirilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:
“Vətən uğrunda” medalı ilə
Hüseynov Tofiq Vaqif oğlu – general-mayor
Muradov İnqilab Heydər oğlu – general-mayor
“Hərbi xidmətlərə görə” medalı ilə
Babayev Elxan Eyyub oğlu – polkovnik-leytenant
Həsənov Ayaz Şərif oğlu – polkovnik-leytenant
Xanbabayev Vahid Qəzənfər oğlu – polkovnik-leytenant
Kazımov Elbəy Cəfər oğlu – polkovnik-leytenant
Kərimov Oqtay Nəbi oğlu – polkovnik-leytenant
Kərimov Təbriz Vidadi oğlu – polkovnik-leytenant
Məmmədov Kamil İsmət oğlu – polkovnik-leytenant
Murğuzov İlqar Bəhram oğlu – polkovnik-leytenant
Mustafayev Urfan Lətif oğlu – tibb xidməti polkovnik-leytenantı
Zeynalov Namiq Qafar oğlu – polkovnik-leytenant
Əliyev Hüseyn Ağasəf oğlu – mayor
İsmayılov Ceyhun Təbriz oğlu – mayor
Məmmədov Kamran Kamil oğlu – mayor
Quliyev Qəşəm Qalib oğlu – kapitan
Yusifov Məmməd Ələkbər oğlu – kapitan
Məmmədov Cavanşir Əlsəddar oğlu – baş gizir”.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.Dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə...