Prezident: Dağlıq Qarabağda yaşayanların hamısı orada sülh içində yaşamağa davam edəcəklər

Prezident: Dağlıq Qarabağda yaşayanların hamısı orada sülh içində yaşamağa davam edəcəklər
Siyasət 260

"Mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayanların hamısı orada sülh və ləyaqət içində yaşamağa davam edəcəklər".

BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın “La Republica” qəzetinə müsahibəsi zamanı bildirib.

Prezident vurğulayıb ki, ermənilər bizim vətəndaşlarımızdır: "Azərbaycanın müxtəlif yerlərində, əsasən, Bakıda minlərlə erməni yaşayır. Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin ediləcək, onların maddi vəziyyəti daha yaxşı olacaq və onlar bu gün Dağlıq Qarabağdakı xunta rejiminin basqısı altında olduğundan daha yaxşı həyat sürəcəklər".

Son xəbərlər