Prezident: Bu gün Azərbaycan etibarlı tərəfdaşdır, proqnozlaşdırılabilən mənbədir
Yeniliklərdən dərhal xəbərdar olun
Biz artıq 16 ölkəyə qaz boru kəmərləri ilə qaz nəql edirik. Bu göstərici üzrə biz dünyada birinci yerdəyik və bu imkanlar genişləndiriləcək.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında bildirib.
"Biz Avropa İttifaqının digər üzvləri ilə də danışıqları aparırıq. Həm təchizatın başladılması, həm də həcmlərin artırılması ilə bağlı danışıqlar gedir, bununla bağlı bizə müraciətlər var. Bu gün Azərbaycan etibarlı tərəfdaşdır, proqnozlaşdırılabilən mənbədir və 10 il bundan əvvəl ilə müqayisə etsək, rolumuz daha vacibdir", - deyə dövlətimizin başçısı əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər v...