Prezident Binəqədi və Abşeronun bəzi ərazilərinin Sumqayıta verilməsini təsdiqləyib
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Binəqədi və Abşeron rayonlarının bəzi ərazilərinin Sumqayıtın inzibati ərazisinə verilməsinə dair qanunu təsdiqləyib.
BAKU.WS-in xəbərinə görə, bununla bağlı “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanuna təklif olunan dəyişiklik qəbul edilib.
Qanunda qeyd edilib ki, Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.
Oxşar xəbərlər
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, gündəlikdə 49 məsələ var
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın...