Prezident Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüşüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşüb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.
Görüşdə Fatih Birol Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masadakı çıxışını çox yüksək qiymətləndirdi. İcraçı direktor qeyd etdi ki, Azərbaycan dünya enerji bazarında çox etibarlı tərəfdaş kimi tanınır, bu da bilavasitə Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir.
Görüşdə OPEC+ formatında Azərbaycanın təşəbbüsləri yüksək qiymətləndirildi. Son dövrlərdə Azərbaycanın alternativ enerji resurslarının inkişafı istiqamətində atdığı addımların önəmi vurğulandı, eyni zamanda dünya enerji bazarındakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı.
Qalereya
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...