Prezident: "Bəyannamə Azərbaycan və Rusiya münasibətlərini müttəfiqlik səviyyəsinə çatdırır"
Yeniliklərdən dərhal xəbərdar olun
"Moskva Bəyannaməsi Azərbaycan və Rusiya münasibətlərini müttəfiqlik səviyyəsinə çatdırır. Bu, həm böyük imtiyazdır, həm də böyük məsuliyyət. Və biz bu günə qədər uzun müddətdir ki, inadla əməkdaşlıq potensialını genişləndiririk, səmimiyyət, mehriban qonşuluq, praqmatizm və qarşılıqlı maraqlara əsaslanan münasibətlər qururuq”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
Azərbaycan lideri qeyd edib ki, bəyannamə ilə bağlı əməli işə cəmi bir ildən artıq vaxtdır başlanılıb. "Bu müddət ərzində hər iki ölkəninmüvafiq ekspert qrupları fəaliyyətimizin demək olar ki, bütün əsas sahələrini əhatə edən 43 bənddən ibarət çox geniş sənəd üzərində razılığa gəliblər", - Dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsi - TAM MƏTN - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya m...