Prezident: Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilib
25
okt
2018
20:57
"Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilibdir, o cümlədən söz azadlığı, sərbəst toplaşma azadlığı, mətbuat azadlığı, vicdan azadlığı. Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir və ölkəmizdə azad internet fəaliyyət göstərir". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Heydər Əliyev Mərkəzində “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında çıxışı zamanı bildirib.Dövlət başçısı deyib ki, ölkəmizdə sabitlik, təhlükəsizlik hökm sürür. Sabitliyin mənbəyi Azərbaycan xalqının iradəsidir. Bu gün Azərbaycanda yaşanan vətəndaş həmrəyliyi ölkəmizin uğurlu inkişafı üçün əsas şərtdir".BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev: Dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir
"Ölkəmiz beynəlxalq müstəvidə böyük hörmət qazanıb və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır". Bunu Azərbaycan Respublikasının Prezidenti İlha...