Prezident Azərbaycanla Qırğızıstan arasında imzalanmış iki sazişi təsdiqləyib

01
dek
2022
14:08
Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında imzalanmış iki sazişi təsdiqləyib.
BAKU.WS xəbər verir ki, dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikasının Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında” sazişlərin təsdiq edilməsi barədə qanunu imzalayıb.
Qeyd edək ki, hər iki sənəd bu ilin oktyabrın 11-də Bişkek şəhərində imzalanıb.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...
