Prezident: “Azərbaycanın BƏƏ ilə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq üçün böyük planları var”
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq üçün böyük planları var”.
BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib.
“Bizim böyük planlarımız var və əminəm ki, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməyə davam edəcək. Əminəm ki, daha çox layihələr olacaq. Faktiki olaraq bu gün biz çox qısa zamanda 1 giqavat bərpa olunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanma mərasiminin şahidi olacağıq”, - deyə dövlətimizin başçısı əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...