Prezident: "Azərbaycan və Tacikistanın bugünkü uğurlu inkişafının arxasında məhz böyük liderlərin əməyi durur"
Yeniliklərdən dərhal xəbərdar olun
Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Təbii ki, o dövrü yaxşı bilən adamlar bunu təsdiq edə bilərlər. Lakin həm Azərbaycanda, həm də Tacikistanda gənc nəsil də bunu bilməlidir.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birgə mətbuata bəyanatında deyib.
“Bizim bugünkü uğurlu inkişafımız, necə deyərlər, göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər”, - deyə dövlət başçısı bildirib.
Oxşar xəbərlər
Azərbaycan və Tacikistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - YENİLƏNİB
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış ediblər. BAK...