Prezident: "Azərbaycan-İsrail münasibətlərinə xüsusi əhəmiyyət veririk"
Yeniliklərdən dərhal xəbərdar olun
"Biz tarixən dostluq və qarşılıqlı anlaşma şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-İsrail münasibətlərinə xüsusi əhəmiyyət veririk".
Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahuya ünvanladığı təbrik məktubunda yer alıb.
"Ötən otuzillik dövr ərzində qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq doğurur. Ölkələrimiz arasında münasibətlərin təşəkkülündə və inkişafında Sizin xidmətləriniz böyükdür", - məktubda qeyd edilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İsrailin Baş nazirini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahuya təbrik məktubu ünvanlayıb. BAKU.WS xəbər verir ki, mətndə deyilir: "Hörmətl...