Prezident: "Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan bərpa edir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Urbisid, kultursid və ekosiddən əziyyət çəkən bir ölkə olaraq, Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan bərpa edir".
BAKU.WS xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında edilən paylaşımda qeyd olunub.
"WUF13-də zəngin və əhatəli müzakirələr iki vacib nəticə sənədi - "Sədrin Xülasəsi" və "Bakı Fəaliyyət Çağırışı" ilə nəticələndi. Urbisid, kultursid və ekosiddən əziyyət çəkən bir ölkə olaraq, Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan bərpa edir. Buna görə də, biz beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın münaqişədən sonrakı yenidənqurma səylərinin geniş şəkildə tanınması ilə fəxr edirik və bu, dünyanın digər münaqişədən sonrakı kontekstləri üçün dəyərli bir nümunə kimi vurğulanır", - paylaşımda bildirilib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...