Prezident: “Azərbaycan övladları Şuşa əməliyyatı zamanı böyük güc, peşəkarlıq və fədakarlıq göstəriblər”
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında Vətən müharibəsi dövründə həyata keçirilən Şuşa əməliyyatından danışıb.
BAKU.WS xəbər verir ki, bu əməliyyat zamanı Azərbaycan övladlarının fədakarlıq göstərdiklərini bildirən dövlətimizin başçısı qeyd edib:“Şuşa əməliyyatı, təbii ki, 44 günlük Vətən müharibəsi dövründə xüsusi yerə malikdir. Çünki çox çətin coğrafi vəziyyətdə yerləşən, alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan övladları bunu göstəriblər”.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...