Prezident: "Azərbaycan müasir dəmir və avtomobil yolları infrastrukturuna böyük sərmayələr yatırır"
Yeniliklərdən dərhal xəbərdar olun
"Bu gün bizim ölkələr Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsində aparıcı rola malikdirlər. Azərbaycan müasir dəmir və avtomobil yolları, eləcə də hava və dəniz limanları infrastrukturuna böyük sərmayələr yatırır".
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin "Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.
"Biz bu nəqliyyat və kommunikasiya xətlərini təkcə iqtisadi rifah mənbəyi kimi deyil, eyni zamanda, Türk dövlətlərinin siyasi, mədəni, təhlükəsizlik və müdafiə sahələrində daha sıx inteqrasiyası üçün vacib təməl kimi görürük", - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Respublika Günü münasibətilə Ərdoğanı təbrik edib
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. BAKU.WS xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Əz...