Prezident: Azərbaycan İranla əlaqələrin bütün sahələrdə inkişafına həmişə xüsusi əhəmiyyət verir
Azərbaycan İran İslam Respublikası ilə əlaqələrin bütün sahələrdə inkişafına həmişə xüsusi əhəmiyyət verir.
BAKU.WS xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edərkən deyib.
Dövlət başçısı Azərbaycan və İran xalqlarının çox sıx tellərlə bir-birinə bağlı olduğunu deyərək, iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının vacibliyini vurğulayıb.
Həmçinin, İranda yeni prezident seçkilərindən sonra Azərbaycanın bir neçə yüksək səviyyəli nümayəndə heyətinin bu ölkəyə səfər etdiyi məmnunluqla xatırlanıb.
Oxşar xəbərlər
"Haber Global"ın efirində Azərbaycan liderinin son bəyanatları geniş işıqlandırılıb
Türkiyənin "Haber Global" telekanalında ekspertlərin iştirakı ilə hazırlanan verilişdə Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahib...