Prezident Aşıq Ələsgərin abidəsinin açılışında XX əsrdə xalqımızın məruz qaldığı deportasiyalardan danışıb
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxışında XX əsrdə xalqımızın məruz qaldığı deportasiyalar haqqında danışıb.
BAKU.WS xəbər verir ki, XX əsrdə xalqımızın üç deportasiya dalğasına məruz qaldığını xatırladan dövlət başçısı deyib:
"1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar".
Oxşar xəbərlər
Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub
Oktyabrın 28-də Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin ü...