Prezident: "Artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşdırlar"
Yeniliklərdən dərhal xəbərdar olun
Artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşdırlar.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında deyib.
Strateji tərəfdaşlıq haqqında Bəyannamənin Bakıda, Qırğızıstan Prezidenti Sadır Japarovun səfəri zamanı imzalandığını xatırladan dövlətimizin başçısı bildirib ki, bu gün məhdud tərkibdə görüşdə bu Bəyannamənin necə uğurla həyata keçməsi barədə fikir mübadiləsi aparıldı.
“Biz onu daha konkret məzmunla zənginləşdirəcəyik. Düşünürəm ki, birgə investisiya fondunun yaradılması barədə qərar belə amillərdən biridir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...