Prezident aprel döyüşlərinin nəticələrindən DANIŞDI: Bir daha sübut etdik ki...
28
noy
2017
21:12
"Cocuq Mərcanlının bərpası aprel döyüşlərinin uğurlu nəticəsi hesabına mümkün olmuşdur. Keçən il Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərb endirərək minlərlə hektar torpağı düşməndən azad etmişdir və bundan sonra Cocuq Mərcanlıda yaşamaq mümkün olmuşdur". BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 28-də Tərtər rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşündə bildirib. "Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir, Azərbaycan əsgərinin qələbəsidir, Azərbaycan dövlətinin qələbəsidir. Biz bütün dünyaya bir daha sübut etdik ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, bunu beynəlxalq reytinqlər də qeyd edir. Bir daha sübut etdik ki, heç vaxt Azərbaycan indiki vəziyyətlə barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcəkdir", - Prezident İlham Əliyev əlavə edib.BAKU.WS
Oxşar xəbərlər
Prezident İlham Əliyev: "Tarixi ədalət də bizim tərəfimizdədir"
"Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır, dəstəklənir, bütün beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz sözlərini demişlər. Onların arası...