Prezident: "8 Noyabr elektrik stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır"
24
iyn
2025
09:35
"8 Noyabr" Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək.
BAKU.WS xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Mingəçevirdəki "8 Noyabr" Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında deyib.
Dövlətimizin başçısı qeyd edib: "Ümumilikdə bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu gün 8 Noyabr elektrik stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak...