Polşanın sabiq prezidenti əməliyyata girməzdən öncə xalqı ilə vidalaşıb

Polşanın sabiq prezidenti əməliyyata girməzdən öncə xalqı ilə vidalaşıb
Siyasət 363

Polşanın sabiq prezidenti Lex Valensa əməliyyat öncəsi xalqı ilə "Facebook" üzərindən vidalaşıb.

BAKU.WS “Lenta.ru”ya istinadən xəbər verir ki, eks-prezidentin vida məraisimi ürək əməliyyatına girməzdən öncə videogörüntü ilə baş tutub.

“Bilmirəm növbəti dəfə nə vaxt görüşəcəyik, ümumiyyətlə görüşəcəyik, ya yox, demək istəyirəm ki, xalqıma yaxşı xidmət etmək üçün əlimdən gələni etmişəm”, - deyə L.Valensa bildirib.

Qeyd edək ki, 78 yaşlı sabiq prezidentin şəkər xəstəliyi ilə yanaşı, səhhətində bir sıra problemlər də var.

Son xəbərlər