Polşada ermənilər azərbaycanlı gənclərə silahla hücum edib

Polşada ermənilər azərbaycanlı gənclərə silahla hücum edib
Siyasət 1428

Polşanın Krakov şəhərində bir qrup erməni azərbaycanlı gənclərə silahlı hücum edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, oktyabrın 5-də axşam saatlarında şəhərdə əllərində Azərbaycan bayrağı ilə gəzən 4 azərbaycanlı gəncə 3 erməni yaxınlaşaraq nalayiq ifadələr işlədib.

Azərbaycanlıların reaksiyası mübahisəyə səbəb olub, əlbəyaxa dava düşüb.

Bu zaman ermənilərdən biri qaz tapançası çıxararaq atəş açıb və qaçıblar.

Xoşbəxtlikdən azərbaycanlılar arasında xəsarət alan olmayıb.

Son xəbərlər