Politoloq: "Prezident İlham Əliyevin sayəsində Bakı ilə Tirana arasında əməkdaşlıq yüksək səviyyədədir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörənliyi və bacarıqlı siyasəti sayəsində Bakı ilə Tirana arasında əməkdaşlıq yüksək səviyyədədir.
Albaniya Prezidentinin Bakıya səfəri isə iki ölkə arasında əməkdaşlığın daha da inkişafına və genişlənməsinə xidmət edəcək".
Bunu “Report”a açıqlamasında ABŞ-dan olan politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys deyib.
Onun sözlərinə görə, Albaniya Prezidenti Bayram Beqayın Azərbaycan lideri İlham Əliyevlə Bakıda görüşü ikitərəfli münasibətlərdə mühüm hadisədir: "Albaniya Prezidentinin Azərbaycana bu səfəri əlamətdardır və iki ölkə arasında əməkdaşlığın bir çox sahələrini, o cümlədən siyasi, enerji və mədəniyyət sahələrini əhatə edir".
Ekspertin fikrincə, Albaniya şirkətləri Azərbaycanda turizm, infrastruktur, hökumətin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələr, mədəniyyət sahəsində əməkdaşlıq imkanlarını araşdırmalıdır.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...