"Polis ordusu" parlamenti mühasirəyə aldı: Paşinyan isə Simonyanla bağda gəzir- VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentin iclasında iştirak üçün parlamentə gəlib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, İrəvanda davam edən gərginlik fonunda baş nazirin mühafizəsi üçün parlamentin ətrafına yüzlərlə polis cəlb olunub. Ermənistan polisinin bütün rəhbər şəxsləri də əraziyə baş çəkiblər.
Belə olan halda isə baş nazir Nikol Paşinyan spiker Alen Simonyanla birlikdə parlamentin bağında gəzintiyə çıxıb.
Qeyd edək ki, İrəvanda parlament binasına yeni polis qüvvələri yerləşdirilib. Buna səbəb Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın (Srbazan) bu gün üçün aksiya çağırışıdır. O, mitinqdə "çox vacib məsələ" barədə açıqlama verəcəyini elan edib.
Parlament binası ətrafında gücləndirilmiş mühafizə tədbirləri görülüb.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...