Polad Həşimov və İlqar Mirzəyevə Milli Qəhrəman adı verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Polad Həşimov və İlqar Mirzəyevə Milli Qəhrəman adı verilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin:
Həşimov Polad İsrayıl oğlu – general-mayor (ölümündən sonra)
Mirzəyev İlqar Anzor oğlu – polkovnik (ölümündən sonra)
Oxşar xəbərlər
Prezident bu hərbi qulluqçulara “Vətən Müharibəsi Qəhrəmanı” adını verdi - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalay...