Pınar Altuğdan ETİRAF: "Çox doğru adamdan uşaq dünyaya gətirmişəm" - FOTO

Türkiyəli aktrisa Pınar Altuğ şəxsi həyatı ilə diqqət çəkib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisa həyat yoldaşı Yağmur Atacanla çox xoşbəxt olduğunu, qızının da özü kimi xoşbəxt ailə mühitində böyüdüyünü bildirib:
"Qızım da eyni ilə mənim böyüdüyüm ailə mühitində böyüyür. İndi fərqinə varıram ki, mənimlə atam arasındakı münasibət indi Yağmurla qızım arasındadır.
Bunu görəndə daha çox xoşbəxt oluram. Hüzur tapıram. Çox doğru adamdan uşaq dünyaya gətirmişəm. Hər mənada çox doğru qərar vermişəm. Yağmur mənim hər zaman "Yaxşı ki" dediyim şəxsdir".

Xatırladaq ki, Pınar Altuğ iki dəfə ailə qurub. O ilk dəfə 2000-ci ildə Umut Elçioğlu ilə evlənib. 2005-ci ildə isə boşanıb. Aktrisa ikinci dəfə isə 2008-ci ildə Yağmur Atacanla ailə qurub. 2009-cu il yanvarın 27-də onların bir qız övladı dünyaya gəlib.
Pınarın həyat yoldaşı Yağmurdan 9 yaş böyük olması uzun müddət Türkiyə mətbuatda müzakirələrə səbəb olub.

Oxşar xəbərlər
5,6,7 dəfə evlənən MƏŞHURLAR - FOTO - SİYAHI
Türkiyə şou-biznesində bir deyil də, bir neçə dəfə evlənən məşhurlar kifayət qədərdir. Onlardan bəziləri bu evliliyi gizləməsə də, bir çoxları şəxsi həyatları i...