Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb
İran Prezidenti Məsud Pezeşkian hökumətə qonşu ölkələrin, o cümlədən Azərbaycanın imkanlarından ölkəyə bir sıra zəruri malların idxalı üçün istifadə etməyi tapşırıb.
BAKU.WS report-a istinadən məlumatına görə, Pezeşkian bu tapşırığı nazirlər və İran Mərkəzi Bankının rəhbəri ilə keçirdiyi müşavirənin yekunları əsasında verib.
"Prezident ölkənin şimal limanlarının potensialından maksimum istifadə edilməsinin, alternativ ticarət dəhlizlərinin inkişaf etdirilməsinin, bəzi zəruri malların təmin edilməsi və idxalı üçün qonşu ölkələrin, o cümlədən Azərbaycan, Pakistan və Rusiyanın imkanlarından istifadə edilməsinin vacibliyini vurğulayıb. Ölkə lideri bu sahədə müvafiq sazişlərin həyata keçirilməsinin sürətləndirilməsinə çağırıb", - məlumatda qeyd olunub.
M.Pezeşkian vurğulayıb ki, o, zərurət yarandığı halda malların və dərman vasitələrinin tədarükü və daşınması qarşısındakı mümkün maneələrin tez aradan qaldırılması üçün şəxsən qonşu ölkələrin liderləri və regional tərəfdaşlarla məsləhətləşəcək.
Oxşar xəbərlər
Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb
Bu gün Çinin paytaxtı Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisinin açılışı olub. Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Turizm Agentliyindən b...