Pezeşkian: Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik
Hazırda İran üçün Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldırmaq üçün zəmin yaranıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian IRIB-yə müsahibəsində deyib.
"Hazırda Azərbaycan, Səudiyyə Ərəbistanı, Türkiyə, BƏƏ, Qətər, Oman, Misir və Türkmənistanla əlaqələrimizi yeni səviyyəyə qaldırmaq və mühüm sazişlər imzalamaq üçün tamamilə əlverişli zəmin yaranıb", - o bildirib.
Pezeşkianın sözlərinə görə, güc dilində danışmaq heç bir nəticə vermir: "Çünki qarşı tərəf də buna eyni şəkildə cavab verir. Biz regionda dialoq və mehriban qonşuluq siyasətinə üstünlük veririk".
O, ABŞ ilə Hörmüz boğazı ətrafındakı gərginliyə də toxunub: "Əgər ABŞ İslamabad memorandumunda götürdüyü öhdəlikləri yerinə yetirərsə, biz Hörmüz boğazını gəmilərin hərəkəti üçün açmağa hazırıq. Lakin bunun üçün Vaşinqton dəniz blokadasına son qoymalı, sanksiyaları ləğv etməli və İrana məxsus dondurulmuş vəsaitləri sərbəst buraxmalıdır.
Eyni zamanda, regional sabitlik üçün İsrailin Livandakı hücumlarını dayandırması şərtdir. Omanla əldə etdiyimiz razılaşmaya əsasən, gəmiçilik xətlərinin bərpası yalnız bizim müəyyən etdiyimiz tənzimləmə çərçivəsində baş tutacaq".
Oxşar xəbərlər
Bakıda Türkiyənin Zəfər Bayramı və Silahlı Qüvvələr Gününün 104-cü ildönümü münasibətilə tədbir keçirilib
Avqustun 28-də Müdafiə Nazirliyinin rəhbərliyi 30 Avqust – Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyində t...