Peyvəndi olmayan virus yayılmağa başlayıb

15
avq
2024
12:24
Avropada yeni ölümcül virus yayılmağa başlayıb.
BAKU.WS Lenta.ru-ya istinadən xəbər verir ki, peyvəndi olmayan "Oropuche" qızdırması Avropaya çatıb. Bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət mərkəzi xəbər verib.
Son iki ayda Avropa sakinlərində potensial ölümcül yeni virusa yoluxma hallarının 19-u qeydə alınıb. İspaniyada 12, İtaliyada 5 və Almaniyada 2 hadisə yaşanıb. Virus Latın Amerikasında yaranıb.
Qeyd edək ki, indiyədək ən çox yoluxma Braziliyada qeydə alınsa da, virus Boliviya, Kolumbiya, Peru və Kubada da yayılmağa başlayıb.
Oxşar xəbərlər
Peru XİN venesuelalı diplomatları 72 saaat ərzində ölkəni tərk etməyə çağırıb
Peru Xarici İşlər Nazirliyi Venesuela diplomatlarına 72 saat ərzində ölkəni tərk etməyi əmr edib. BAKU.WS Lenta.ru-ya istinadən xəbər verir ki, Peru XİN-in X so...
