1500 sərnişin 69 boliviyalıya görə İspaniyada qaldı

1500 sərnişin 69 boliviyalıya görə İspaniyada qaldı
Siyasət 19

Boliviyalı sərnişinlərin viza problemləri səbəbindən 1500 nəfərlik kruiz gəmi İspaniyada dəniz limanında qalmalı olub.

BAKU.WS "Euronews"a istinadən xəbər verir ki, su nəqliyyat vasitəsi Braziliyadan yola çıxıb.

Lakin problem yarandıqdan sonra Barselonada qalıb. 69 Boliviya vətəndaşının sənədlərinin "Schengen" vizası üçün yetərli olmadığı üçün dəniz limanına ayrılmalarına icazə verilməyib.

Bundan sonra Boliviya Xarici İşlər Nazirliyi İspaniyanın Barselona şəhərindəki konsulluğuna hadisə ilə bağlı araşdırmalar apardıqları barədə məlumat bildirilib.

Gəmi sərnişinləri Braziliyadan Aralıq dənizinə səyahət və gəzinti üçün yollanıblar.

Gəmidə qalan boliviyalılar arasında azyaşlı uşaqlar da olub.

Kruiz gəmi nümayəndəliyindən bildirilib ki, hazırda problemin həll edilməsi üçün işlər aparılır, lakin həll olunana qədər gəmi İspaniyada qalmalıdır.

Son xəbərlər