Peskov: "Rusiya Dağlıq Qarabağ məsələsində mövqeyini dəyişməyib"

Peskov: Rusiya Dağlıq Qarabağ məsələsində mövqeyini dəyişməyib
Siyasət 134

"Dağlıq Qarabağın hansı ölkəyə məxsus olması BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə müəyyən edilir, Rusiya bu məsələyə münasibətini dəyişməyib".

BAKU.WS "interfax"a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bütün bunlar Təhlükəsizlik Şurasının qətnaməsində göstərilib. Rusiya üçün heç nə dəyişməyib, ölkələrin mövqeyində də dəyişiklik yoxdur. Prezident Putin Qarabağı öz-özlüyündə tanımadığını, hətta Ermənistanın özü tərəfindən də tanınmadığını söyləyib", - deyə Peskov əlavə edib.

Son xəbərlər