Pərviz Şahbazov Gürcüstana səfər edib

07
okt
2022
15:23
Bu gün energetika naziri Pərviz Şahbazov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilinin dəvəti ilə qonşu ölkənin paytaxtı Tbilisiyə səfər edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, nazir Gürcüstanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirəcək.
İki gün davam edəcək səfər zamanı Azərbaycan və Gürcüstan arasında energetika sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və yeni imkanlar müzakirə ediləcək.
Oxşar xəbərlər
Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan beynəlxalq konfrans keçirildi
İyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh...
