"Pepsi"nin Rusiyadakı məhsullarında metal qırıntısı tapılıb
06
sen
2019
10:08
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"PepsiCo" şirkəti Rusiyadakı məhsullarının məhdud partiyasının geri çağırılması barədə qərar qəbul edib.BAKU.WS xəbər verir ki, söhbət Sankt-Peterburq, Velikiy Novqorod və Petrozavodsk şəhərlərindəki "Pepsi Dark Vanilla", "Pepsi-Cola", "Mirinda Orange", "Mountain Dew" və "Mirinda Mix-it" məhsullarından gedir.Şirkətin rəsmi internet səhifəsinə yerləşdirilən məlumatda qeyd olunur ki, kiçik metal parçasının məhsula daxil olma ehtimalının olması səbəbindən məhsulun məhdud partiyasının geri çağırılması barədə qərar qəbul olunub."Müştərilərimizə qayğı göstəririk və onlar üçün minimum riskləri aradan qaldırmaq üçün bu məhsullardan alan şəxslərdən bizimlə əlaqə saxlamalarını xahiş edirik",-deyə "PepsiCo" şirkətinin müraciətində deyilir.
Oxşar xəbərlər
Azərbaycanın Rusiyadakı səfirliyi ermənilərin təxribatının qarşısını alıb
Son günlər sosial şəbəkələrdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) erməni tələbə təşkilatı tərəfindən mayın 7-də “Qarabağ müharibəsinin fədai...