Pentaqon: F-16-lar Ukraynaya artıq bu il göndərilə bilər
27
fev
2024
23:44
F-16 qırıcıları artıq bu il Ukraynaya göndərilə bilər.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder jurnalistlərə deyib.
“Proqnozlarımıza görə, F-16-lar bu il tədarük ediləcək”, – o qeyd edib. Eyni zamanda, Rayder döyüş təyyarələrinin çatdırılmasının dəqiq tarixlərindən söz açmayıb.
Xatırladaq ki, ötən ay Patrik Rayder sözügedən qırıcıların cari ildə Ukraynaya verilə biləcəyini bildirsə də, dəqiq tarix söyləməyib.
Oxşar xəbərlər
ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərməyi planlaşdırmır
ABŞ Yaxın Şərq regionuna hələ ki əlavə hərbi birləşmələr göndərməyi planlaşdırmır. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat...