Paşinyan: "Sülh artıq reallığa çevrilib"
19
dek
2025
23:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycandan ölkəsinə neft məhsulları daşıyan qatarın gəlişini əks etdirən kadrları paylaşıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, görüntülər Paşinyanın sosial media səhifəsində yer alıb.
"Sülh artıq reallığa çevrilib", - deyə o, videoya şərh yazıb.
Xatırladaq ki, təxminən 1 300 ton Azərbaycan istehsalı "Aİ-95" benzini daşıyan 22 sistern vaqondan ibarət qatar Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb. Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü kommersiya əsasında həyata keçirilib.
Oxşar xəbərlər
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişib
Azərbaycanda ipoteka kreditlərindən mənzilə ehtiyacı olan daha çox vətəndaşın faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə h...