Paşinyan Rusiya sərhədçiləri olmadan kommunikasiyaların açılmasının mümkünlüyünə işarə vurub
Ermənistanın 9 noyabr 2020-ci il tarixli bəyanata əsasən, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı yola nəzarət etmək üçün Rusiya sərhədçilərinin iştirakı ilə bağlı öhdəlik götürməyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı bildirib.
"9 noyabr tarixli sənədin 9-cu bəndində qeyd olunanlar o demək deyil ki, Azərbaycanı Naxçıvanla birləşdirən yolda Rusiya sərhəd qoşunları olmalıdır. Rusiya sərhədçilərinin Ermənistanda olması Ermənistanın həll etməli olduğu məsələdir. Əgər sabah Ermənistan qərar versə ki, onlar olmamalıdı, onlar olmayacaq da", - Paşinyan deyib.
Baş nazirin sözlərinə görə, 9 noyabr bəyanatında nəqliyyat əlaqəsinə nəzarəti Rusiya sərhədçilərinin edəcəyi göstərilib. "Harada yazılıb ki, FTX-nin sərhəd xidməti yerində olmalıdır? Belə şey yazılmayıb. Hətta Rusiya sərhədçilərinin Ermənistanda olması nəzərdə tutulsa belə, bu, Ermənistanın qərar verəcəyi məsələdir".
Oxşar xəbərlər
Marina Silva: COP30-un uğurlu keçirilməsi üçün Bakıdakı COP29-da səyləri birləşdirmək lazımdır
Qarşılaşdığımız bütün çətinliklərə baxmayaraq, Braziliyada COP30 konfransının uğurla keçirilməsi üçün Bakıdakı COP29-da yekun razılaşmaya gəlmək və səyləri birl...