Paşinyan Minsklə əlaqələr haqqında: "Hazırda münasibətlərimiz qeyri-aktivdir"
Ermənistan baş naziri Nikol Paşinyan Ermənistan-Belarus münasibətlərinin hazırkı vəziyyətini "qeyri-aktiv" kimi xarakterizə edib.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, hökumət başçısı bu barədə mətbuat konfransında jurnalistin ikitərəfli əlaqələrin perspektivləri barədə sualını cavablandırarkən danışıb.
"Bəli, bilirsiniz ki, hazırda münasibətlərimiz qeyri-aktivdir", - deyə o, jurnalistin müvafiq sualına cavab verib.
Bununla belə, o, diplomatik münasibətlərin kəsilməsi ehtimalını proqnozlaşdırmayıb.
Qeyd edək ki, bundan əvvəl Paşinyan Belarus lideri Aleksandr Lukaşenkonu hərbi əməliyyatlar zamanı Azərbaycanı dəstəkləməkdə günahlandırıb və Lukaşenko prezident olduğu müddətdə Ermənistanın heç bir rəsmi nümayəndəsinin bu ölkəyə getməyəcəyini bəyan edib.
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: Yolda stressdən hamilə qadınların övladları tələf oldu
"Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat hekayəsi" verilişinin növbəti buraxılışı hazırla...