Paşinyan: 2026-cı il seçkiləri parlamenti xarici təsir agentlərindən azad etmək imkanıdır
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, 2026-cı il seçkiləri parlamenti xarici təsir agentlərindən və onların liderlərindən azad etmək üçün yaxşı bir imkandır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Paşinyan bu fikri parlamentdə 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı səsləndirib.
"Ermənistan vətəndaşları bizi hələ də Robert Koçaryan, Serj Sarkisyan və onların rəhbərlik etdiyi qüvvələrə reaksiya verməkdə ittiham edirlər. Tezliklə parlament seçkiləri keçiriləcək və bu şəxslərin rəhbərlik etdiyi qüvvələrin parlamentə düşməməsi ehtimalı böyükdür. Bu məsələni həll etməyin vaxtı çatıb", – deyə Baş nazir bildirib.
O, müxalifətə müraciət edərək söyləyib ki, 2018-ci ildən Ermənistan təsir agentlərinin aid olduğu "həmin ölkənin cibindədir".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...