Paşinyan Türkiyədə diqqətdən kənarda qalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan prezidentlik səlahiyyətlərinin icrasına başlama mərasimində çıxış edərkən digər ölkələrdən qonaq gələn prezidentləri və hökumət başçılarını adbaad salamlasa da, Nikol Paşinyanın ismini çəkməyib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, R.T.Ərdoğan bir sıra ölkələrin, o cümlədən Azərbaycan, Bolqarıstan, Venesuela, Qazaxıstan, Qırğızıstan, Pakistan və Özbəkistanın prezidentləri və hökumət başçılarını, NATO-nun baş katibi Yens Stoltenberqi salamlayaraq, tədbirə qatılan yüksək vəzifəli qonaqlara minnətdarlığını ərz edib.
Türkiyə Prezidenti əlavə edib ki, mərasimdən sonra təşkil ediləcək təntənəli şam yeməyində bütün ölkələrin rəhbərləri ilə ayrı-ayrılıqda söhbət etmək imkanı olacaq.
Mənbə: TASS
Oxşar xəbərlər
İsveçin xəyalları suya düşdü: İndi gözlər Ərdoğandadır - FOTO
Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsindən sonra aylardır davam edən qorxu İsveçi yenidən bürüdü. Heç bir şərti yerinə yetirməməsinə baxmayaraq, Kıl...