Paşinyan Putinə məktub yazdı, Rusiya XİN-dən "yox" cavabı aldı
Yeniliklərdən dərhal xəbərdar olun
Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinə kömək dilənməsi ilə bağlı Rusiya prezidenti Vladimir Putinə yazdığı məktuba cavab verməyi belə lazım bilməyib. Putinin əvəzinə Paşinyana Rusiya Xarici İşlər Nazirliyi cavab göndərib.
“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, XİN-in cavabı bəyanat şəklində nazirliyin rəsmi saytında yerləşdirilib.
“Müqaviləyə (Rusiya və Ermənistan arasında 29 avqust 1997-ci il tarixli dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında - red.) uyğun olaraq, Rusiya hərbi münaqişənin bilavasitə Ermənistan ərazisinə keçməsi halında İrəvana lazımi bütün yardımı edəcək”, - bəyanatda deyilir.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...