Paşinyan: "Ermənistan bütün regional kommunikasiyaları açmağa hazırdır"
Yeniliklərdən dərhal xəbərdar olun
"Biz kommunikasiya xətlərinin çəkilməsinə razıyıq. Çünki sülhə aparan yol sülhlə bağlı görülən işlərin gündəliyindən keçir".
BAKU.WS Report-a istinadən xəbər verir ki, bu fikri IV Beynəlxalq İpək Yolu Forumunda Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Ermənistan regionda bütün nəqliyyat və kommunikasiyaların açılmasında maraqlıdır. Əsas odur ki, nəqliyyat və kommunikasiyaların qurulması sülh şəraitində, ölkələrin suverenliyi altında olsun. İlk olaraq, hər ölkə öz dövlət qurumları vasitəsilə gömrük və sərhəddə nəqliyyat və insanların təhlükəsizliyini təmin etmiş olsun. Ermənistanda hətta belə bir qurum yaradılacaq ki, insanlar və yüklərin təhlükəsizliyinə şərait yaratsın, bütün ölkələr qarşılıqlı və bərabərlik prinsipi əsasında bir-birinin infrastrukturundan istifadə etsin", - deyə N.Paşinyan bildirib.
O, yaxın vaxtlarda Azərbaycanla sülh sazişi bağlanacağına ümid etdiyini vurğulayıb: "Azərbaycan və Ermənistan bir-birinin ərazilərini tanıyıb. Ermənistan öz rəsmi bəyanatında bunu bildirib. 1991-ci il Almaatı Bəyannaməsinə əsaslanaraq bunu deyirəm. O zaman hər iki ölkə öz ərazi bütövlüyünü və ərazilərin inzibati toxunulmazlığını tanıyıb və sənədə imza atıb".
N.Paşinyan əlavə edib ki, gələcəkdə Türkiyə ilə də sərhədlərin açılacağını düşünür: "Hətta diplomatik şəxslərin sərbəst keçidini təmin edəcəyimizə də ümid edirəm".
Oxşar xəbərlər
Putin və Ərdoğanın birgə mətbuat konfransı - YENİLƏNİB - VİDEO
Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin mətbuat nümayəndələri qarşısında açıqlamalar verirlər. ***16:01 Rusiya...