Paris alov içində! Solçuların seçki zəfərini qeyd edən qruplar polislə toqquşub - FOTOLAR

Paris alov içində! Solçuların seçki zəfərini qeyd edən qruplar polislə toqquşub - FOTOLAR
Foto
Siyasət 51

Fransanın paytaxtı Parisdə polis solçu ittifaqın erkən seçkilərdə birinci olmasını qeyd edən ifrat sağçılar əleyhdarı nümayişçilərə bibər qazı ilə müdaxilə edib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, nümayişçilər ifrat sağçı Milli Birlik (MN) və antifaşizm əleyhinə şüarlar səsləndirərkən onlarla polis arasında gərginlik yaranıb.

Əvvəlcə nümayişdə bayram ab-havası keçsə də, sonrakı saatlarda polislə fəallar arasında gərginlik artıb. Bəzi etirazçılar velosiped kimi əşyaları yandırıb, polisə atəşfəşanlıq və digər əşyalar atıblar.

Polis nümayişçilərin arxasınca qaçaraq onları dağıtmaq üçün bibər qazı ilə müdaxilə edib. Hadisə yerinə gələn yanğınsöndürənlər küçənin ortasında yanan velosipedləri söndürüb.

Son xəbərlər