Pakistanlı diplomat Ermənistanın təxribatlarından danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
"Ermənistanın Azərbaycana qarşı təxribatçı əməlləri, atəşkəsin mütəmadi pozulması beynəlxalq hüquqla bir araya sığmır".
BAKU.WS “Report”a istinadla xəbər verir ki, bunu Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Bilal Hayee jurnalistlərlə görüşü zamanı bildirib.
“Pakistan bu məsələdə daim Azərbaycanın yanında olacaq. Biz Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinə tərəfdarıq. Xatırlatmaq istərdim ki, Pakistan Ermənistanı Azərbaycana qarşı işğalçı siyasətinə görə tanımayan yeganə dövlətdir”, - səfir vurğulayıb.
Azərbaycanla hərbi əməkdaşlığın uğurla inkişaf etdiyini dilə gətirən pakistanlı diplomat həmçinin antiterror əməliyyatları sahəsində xeyli müsbət təcrübəyə malik olduqlarını da diqqətə çatdırıb.
Oxşar xəbərlər
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yaydı
"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. İcmadan BAKU.WS-ə daxi...