Pakistanın investisiya, neft, sənaye və istehsal nazirləri Bakıda səfərdədir
20
fev
2023
12:34
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistandan olan nazirlərdən ibarət nümayəndə heyəti Azərbaycana gəlib.
BAKU.WS xəbər verir ki, iki günlük səfər çərçivəsində İnvestisiyalar üzrə Şuranın federal naziri Çaudri Salik Hüseyn, neft naziri Musadiq Məsud Malik və federal sənaye və istehsal naziri Seyid Murtaza Mahmud Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək.
Görüşlərdə iki ölkə arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi planlaşdırılır.
Xatırladaq ki, ötən il Azərbaycan və Pakistan diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...