Pakistanda siyasi partiyaların ofisləri bombalandı - 30 NƏFƏR HƏLAK OLDU - FOTO
Pakistanda parlament seçkilərinəaz çox az qalmış bir vaxtda ölkənin cənub-qərbindəki Belucistan siyası partiyaların ofislərinə bombalı hücum edilib.
BAKU.WS "euronews"a istinadən xəbər verir ki, nəticədə 30 nəfər həlak olubı.
Siyasi partiyaların hamısı bu hücumu qətiyyətlə qınayıblar.
Hücumlara görə bölgədə 3 günlük matəm elan edilib. Lakin bunun parlament seçkilərinə mane olmayacağı açıqlanıb.
Hücumlar bir çox seçicidə yeni parlament seçkilərində iştirakla bağlı narahatlıq yaradıb.
Xatırladaq ki, Pakistanda keçiriləcək parlament seçkiləri ərəfəsində yaşanan ilk hücum deyil. İlk hücum seçkilərdə namizədliyini irəli sürən İsfəndiyar Hanın Paşin bölgəsindəki ofisinə edilib. Bu zaman azı 18 nəfər həyatını itirib.
Bu hücumların Pakistanda Taliban qruplaşmasının içərisindəki qruplar, İŞİD, Beluci milliyətçiləri və Əl-Qaidə tərəfindən edildiyi ehtimalı var.
Məlumat üçün bildirək ki, Pakistan Milli Assambleyasına, o cümlədən Pəncab, Sind, Bəlucistan və Xayber Paxtunxva əyalətlərinin qanunverici orqanlarına seçkilər keçiriləcək.
Oxşar xəbərlər
Suriyanın paytaxtı Dəməşqdə bombalı hücum: 5 ölü, 26 yaralı - FOTO
Suriyanın paytaxtı Dəməşqdə bombalı hücum həyata keçirilib. Törədilən hücumda 5 nəfər həyatını itirib, 26 nəfər yaralanıb. BAKU.WS "Haberler.com"a istinadən xəb...