Pakistanda partiya qurultayında partlayış: Çox sayda ölən var
Pakistanın şimal-qərbindəki Heybər-Paxtunxva əyalətində İslam Alimləri Assambleyası partiyasının konqresində kamikadzenin törətdiyi partlayış nəticəsində azı 35 nəfər ölüb.
BAKU.WS xəbər verir ki, bu barədə "Geo News" telekanalı ölkənin fövqəladə hallar xidmətləri və yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, 200-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Partlayış partiya liderlərindən biri təxminən 400 nəfərin olduğu bir qrup tərəfdarı qarşısında çıxış edərkən baş verib.
Pakistanın baş naziri Şahbaz Şərif hadisənin araşdırılması və məsuliyyət daşıyanların tapılması barədə göstəriş verib.
Oxşar xəbərlər
İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də mətbuata bəyanatlarla çıxış e...